Fevralın 8-də saat 3 radələrində Binəqədi rayonunda yerləşən yataqxanaların birində yaşayan 2007-ci təvəllüdlü Əliəkbər Mərəyevin kəsici-deşici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən Asayis.az-a bildirilib ki, araşdırmalarla cinayət əməlini həmin yataqxanada qalan 2002-ci il təvəllüdlü Rəşad Muxtarov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Polis əməkdaşları tərəfindən R. Muxtarov saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırma aparılır.