Şamaxıda lotereya biletindən pul udmadığı üçün insident yaradan 40 yaşlı kişi həbs olunub.
Asayis.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhər sakini Şaban Camalov (şərti) ötən gün evdə spirtli içki qəbul etdikdən sonra küçəyə çıxıb. C.Cabbarlı küçəsində yerləşən köşkdən lotoreya bileti almaq qərarına gəlib. Bileti pozduğu anda uduzduğu üçün əsəbiləşib. Bileti aldığı köşkün şüşəsini sındırıb.
İttihama görə, əraziyə yaxınlaşan polis əməkdaşları onu intizama dəvət etsə də, o, polisin qanuni tələbinə tabe olmayıb. Polislərə əl-qol ataraq ünvansız söyüşlər söyməyə başlayıb. Bu səbəbdən Ş.Camalov rayon polis şöbəsinə aparılıb.
Vətəndaşın barəsində inzibati protokol tərtib olunaraq Şamaxı Rayon Məhkəməsinə göndərilib. İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni əmrinə tabe olmama) maddələri ilə təqsirli bilinən Ş.Camalov 10 gün müddətinə inzibati qaydada həbs edilib.