"Dağıntılar altından insanların səsi gəlir" - Cahangir Novruzov

“Heç kimə evlərində qalmağa icazə vermirlər. Bu saat biz Adana yaxınlığında bir kəndə gəlmişik. Orada bir yarımqatlı evdir, bir şey tərpənərsə, tez aşağı gedə bilərik".

Asayis.Az xəbər verir ki, bu sözləri Xalq artisti, Türkiyənin Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzov prodüser Vasif Ayanla telefon danışığı zamanı deyib. Türkiyədə baş verən zəlzələdən danışan Novruzov bildirib ki, Adanada 3-4 bina çöküb:

“Biri 17, digəri 14 mərtəbədir. İnanın, evə oxşamırlar, elə bil inşaat dağıntısı, çöplüyüdür. Altında nə qədər insanlar, öldümü, qaldımı, bəlli deyil. Amma səsləri gəlir. Bir də ən dəhşətlisi odur ki, gecə sel kimi yağış yağdı. O insanları xilas edilsələr də sətəlcəmdən ölə bilərlər. Elə bir Allahın bəlası yaşandı buralarda”.

O qeyd edib ki, hazırda ailəsi ilə birlikdə təhlükəsiz ərazidədirlər:

“Çox şükür, biz pis deyilik, ailəmiz qorxub, nəvəm də yanımdadır. Onları sakitləşdirmək lazımdır. İnşallah, Allah kömək olsun bizə".

14:11 - 7 Fevral 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin