Moskvada avtoritetlərin "sxodka"sına BASQIN: 48 azərbaycanlı tutuldu

 Moskvada avtoritetlərin

Rusiyanın paytaxtı Moskvanın Mıtişi rayonunda kriminal avtoritetlərə qarşı əməliyyat keçirilib. Asayis.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, burada 50-dən çox avtoritetin toplantısına basqın edilib.

Məlumata görə, kriminal aləmin liderləri fevralın 6-da 1-ci Proletarskaya küçəsində yerləşən “Qranda” restoranına toplaşıblar. Axşama doğru hüquq-mühafizə orqanlarının maşınları müəssisəyə gəlməyə başlayıb, ərazi mühasirəyə alınıb. Ziyarətçilərdən bəziləri qaçmağa çalışsalar da, saxlanılıblar.

Ümumilikdə polis şöbəsinə Azərbaycandan 48, Dağıstandan iki, həmçinin Ermənistan və Tacikistandan olan nəfər gətirilib. Onların telefonları, odlu silahları götürülüb.

13:21 - 7 Fevral 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin