Bakıda restoranlar Türkiyədəki zəlzələyə görə əyləncə proqramlarını ləğv ediblər

 Bakıda restoranlar Türkiyədəki zəlzələyə görə əyləncə proqramlarını ləğv ediblər

Türkiyədə baş verən dəhşətli zəlzələdə insan tələfatı artmaqda davam edir. Təbii fəlaktlə əlaqədar Türkiyədə 7 günlük matəm elan olunub.

Sosial şəbəkədə şəhərin mərkəz küçələrində yerləşən bəzi restoranlarda Türkiyədə elan olunan matəmlə əlaqədar musiqilərin yığışdırılması ilə bağlı görüntülər yayılıb.

Asayis.Az xəbər verir ki, BAKU.WS-in əməkdaşı mərkəzdə yerləşən məkanlarla əlaqə saxlayıb. Mərkəzdə yerləşən restoranlardan birinin adminstratoru açıqlamasında bildirib ki, bu ərazidə yerləşən məkanların rəhbərləri öz təşəbbüsləri ilə əyləncə proqramlarını müvəqqəti olaraq təxirə salıblar. Restoran nümayəndələrinin sözlərinə görə, bu barədə onlara onlara hər hansı bir göstəriş gəlməyib. Onlar sadəcə özləri qardaş ölkəyə dəstək olmaq üçün bu addımı atıblar.

Qeyd edək ki, Türkiyədə baş verən 7,7 və 7,6 ballıq zəlzələlərdən sonra 10 şəhərdə böyük dağıntılar olub. 3419 nəfər həyatını itirib. Yaralıların sayı isə 20 min 534-dür.

13:10 - 7 Fevral 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin