Qəbələdə ölümlə nəticələnən yol qəzası baş verib.
Asayis.Az xəbər verir ki, hadisə dünən saat 10:30-da Qəbələ şəhəri, 28 May küçəsində - Qəbələ Reabilitasiya Mərkəzinin qarşısında baş verib.
Belə ki, Bakı Metropoliteninin Mühafizəsi üzrə polis şöbəsinin polis serjantı Məmmədov Mənsur Rəmzi oğlunun idarə etdiyi “VAZ-2107”, 1957-ci il təvəllüdlü Məmmədov Rəhim Rəşid oğlunun sürdüyü “VAZ-2106” və Mikayılov Ələsgər İmam idarə etdiyi “VAZ-2107” toqquşub.
Nəticədə hər 3 sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Görülmüş tibbi tədbirlərə baxmayaraq Rəhim Məmmədov xəstəxanada ölüb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.