Axtarışda olan 114 nəfər saxlanıldı, ölənlər var

 Axtarışda olan 114 nəfər saxlanıldı, ölənlər var

Fevralın 6-da ölkədə qeydə alınan 66, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyindən Asayis.Az-a verilən xəbərə görə, axtarışda olduğuna görə ümumilikdə 114, o cümlədən borclu şəxs qismində axtarışda olan 86 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb. 

Narkotiklərlə əlaqəli 23, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 9 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 63 nəfər saxlanılıb.

11:58 - 7 Fevral 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin