Türkiyədə baş verən 7,7 və 7,6 ballıq zəlzələlərdən sonra 10 şəhərdə həyatını itirən şəxslərin sayı 3 381-ə çatıb.
Asayis.Az xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, zəlzələ zamanı yaralıların sayı 20 426 nəfərə yüksəlib.
Eyni zamanda 5 775 binanın dağıldığı, 11 302 bina barədə isə dağılma xəbəri daxil olduğu bildirilir.