Qubada bıçaqlanma hadisəsi olub.
Rayon Prokurorluğundan Asayis.Az-a verilən xəbərə görə, fevralın 6-sı, saat 22 radələrində 32 yaşlı Hikmət Ağayevin Quba rayonunun Aşağı Atuc kəndi ərazisində xəsarət alması barədə məlumat daxil olub.
İlkin araşdırma zamanı 21 yaşlı Təbriz Hacıyevin bıçaqla Hikmət Ağayevə xəsarətlər yetirərək öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb.
İbtidai istintaq davam etdirilir.