Azərbaycanlı tələbələr dağıntılar altında qalıb?

 Azərbaycanlı tələbələr dağıntılar altında qalıb?

Türkiyənin Malatya bölgəsindəki zəlzələdə azərbaycanlı tələbələrin dağıntılar altında qaldığı ilə bağlı məlumatlar yayılıb.

Asayis.Az Axşam.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə “Qafqazinfo”ya bu barədə araşdırmalar aparıldığını bildirib.

“Hazırda 4 azərbaycanlı tələbənin dağıntılar altında qalması ilə bağlı məlumatlar araşdırılır. Məlumat dəqiqləşən kimi rəsmi açıqlama veriləcək”, - XİN rəsmisi vurğulayıb.

Qeyd edək ki, sosial şəbəkələrdə İnönü Universitetində oxuyan azərbaycanlı tələbələrin dağıntılar altında qaldığı bildirilir. Hətta onların fotoları da ictimailəşdirilib.

18:36 - 6 Fevral 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin