Türkiyədəki zəlzələyə görə konserti təxirə saldılar

 Türkiyədəki zəlzələyə görə konserti təxirə saldılar

Xalq artisti Ənvər Sadıqov və Əməkdar artist Abbas Bağırovun fevralın 7-də planlaşdırılan konserti təxirə salınıb.  Asayis.Az Axşam.az-a istinadən xəbər verir ki, bu haqda müğənni videoaçıqlama yayıb. O bildirib ki, buna səbəb Türkiyədə baş verən zəlzələdir. 

"Türkiyədə gördüyüm bu fəlakət hər birimizi sarsıtdı. Bununla bağlı Ənvər Sadıqovun sabaha planlaşdırılan konserti təxirə salınır. Tarix dəyişdiriləcək. Alınan biletlər qüvvədə qalır. Yaxın günlərdə tarixi açıqlayacağıq" deyə, Abbas əlavə edib. 

Konsert Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında keçiriləcəkdi. 

https://www.youtube.com/watch?v=cqwerQjQocs

17:22 - 6 Fevral 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin