Sumqayıtda 33 yaşlı şəxs bıçaqlanıb

 Sumqayıtda 33 yaşlı şəxs bıçaqlanıb

Sumqayıtda 33 yaşlı şəxs bıçaqlanıb.

Asayis.Az -ın “Report”a istinadən məlumatına görə, hadisə Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində qeydə alınıb.

Belə ki, şəhər sakini, 1990-cı il təvəllüdlü Yaqubov Vüqar Rasim oğlunun qarın nahiyəsinə naməlum şəxs tərəfindən kəsici-deşici alətlə xəsarət yetirilib. Yaralı Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

17:11 - 6 Fevral 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin