Şəmkir rayonunda toy mərasimində bıçaqlanma hadisəsi olub.
Asayis.Az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Şəmkir şəhər ərazisində yerləşən şənlik evlərinin birində keçirilən toy mərasimində qeydə alınıb.
Mərasimdə düşən mübahisə zamanı 1996-cı il təvəllüdlü İntiqam Nərimanlı qol nahiyəsindən, 1993-cü il təvəllüdlü Məmmədli Məmməd Yunis oğlunun qarnının kəsilmiş deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.
Məlumata görə, hər iki şəxs toyda tanıdığı Novruz adlı şəxs tərəfindən bıçaqlanıb. Hadisə vaxtı onlar sərxoş olublar.
Hər ikisi xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi və orta ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.