Fevralın 6-da saat 7 radələrində Cəlilabad rayonu Muğan kəndində 1992-ci il təvəllüdlü Günel Abbasovanın bıçaqla qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Asayis.Az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı 1987-ci il təvəllüdlü Elxan Əmanov hadisədən sonra sirkə turşusu içib.
O xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır. Araşdırma aparılır.
Fevralın 6-sı, saat 6 radələrində 1992-ci il təvəllüdlü Aysel Abbasovanın Cəlilabad rayonununda yaşadığı evdə ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə “Qafqazinfo”ya Cəlilabad Rayon Prokurorluğundan məlumat verilib.
İlkin araşdırma zamanı 1987-ci il təvəllüdlü Elxan Əmənovun bıçaqla keçmiş arvadı Aysel Abbasovaya xəsarət yetirərək öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İbtidai istintaq davam etdirilir.