Bakıda üç avtomobil qəzaya uğrayıb, xəsarət alan var - FOTO

 Bakıda üç avtomobil qəzaya uğrayıb, xəsarət alan var - FOTO

Bakının Binəqədi rayonunda yol qəzası baş verib.

Asayis.Az APA-ya istinadən xəbər verir ki, avtoqəza Biləcəri qəsəbəsində qeydə alınıb.

“Toyota” markalı maşının sürücüsü Xurşidbanu Natavan küçəsində yüksək sürətlə hərəkətdə olan zaman yol kənarında dayanan “Mercedes” və “Chevrolet” markalı avtomobillərə çırpılıb.

İdarəetmədən çıxan “Toyota”, yol nişanına və səkiyə çırpılaraq dayanıb.

Qəza nəticəsində “Toyota”nın sürücüsü xəsarət alıb.

Faktı Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

11:22 - 5 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin