İşgəncələrə görə xəstəxanaya düşmüş zəncanlı qadın fəal həbs edildi - FOTO

 İşgəncələrə görə xəstəxanaya düşmüş zəncanlı qadın fəal həbs edildi - FOTO

İranda zənсanlı qadın fəal Nilufər Şakiriyə altı il həbs cəzası verilib.

Asayis.Az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb. Bildirilib ki, bu barədə onun anası özünün sosial media hesabında paylaşım edib.

Qadının sözlərinə görə, qızının mühakiməsi zamanı onun vəkillə təmin olunmasına icazə verilməyib.

O da vurğulanıb ki, ötən il dekabrın 4-də Nilufər Şakiri işgəncə səbəbindən daxili qanaxma ilə xəstəxanaya yerləşdirilib, amma tam müalicə alınmamış yenidən həbsxanaya qaytarılıb.

10:00 - 5 Fevral 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin