Bakıda yol qəzasında polis xəsarət alıb

 Bakıda yol qəzasında polis xəsarət alıb

Bakıda yol qəzasında polis xəsarət alıb.

Bu barədə Asayis.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, bu gün saat 17 radələrində paytaxtın Nizami rayonunda “Rang-Rover” markalı avtomobillə “Opel” markalı maşın toqquşub. Nəticədə “Opel” markalı avtomobilin sərnişini olan polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

17:48 - 4 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin