Müəllimlərin etiraz etdiyi direktor işdən çıxarıldı

 Müəllimlərin etiraz etdiyi direktor işdən çıxarıldı

Naxçıvan şəhəri 12 nömrəli tam orta məktəbə yeni təyinat alan və müəllimlərin dərs saatlarını azaldan direktor Turan Məmmədli işdən azad olunub.

Asayis.Az APA-ya istinadən xəbər verir ki, ötən gün yaranan insidentdən sonra bu gün məktəbin müəllimləri dərs keçməyiblər və direktorun işdən azad olması üçün müraciətə müəllimlərin hamısı imza atıb.

Etirazlardan sonra Təhsil naziri Rəhman Məmmədov məktəbə gəlib. Bu gün axşam saatlarında isə müəllimlər Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikadakı Səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin qəbulunda olublar. Görüş səmərəli keçirilib.

Görüşdən sonra fevralın 1-də təyin olunan direktor Turan Məmmədlinin işdən azad olunduğu nazirlik tərəfindən bildirilib.

Qeyd edək ki, Turan Məmmədlinin müəllimlərlə davranış tərzi də etiraza səbəb olmuşdu.

21:39 - 3 Fevral 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin