Gərgin iş rejimindən sonra məşhur aktrisa Merve Altınkayanın səhhəti pisləşib.
Asayis.Az xəbər verir ki, təcili olaraq xəstəxanaya yerləşdirilən sənətçinin onurğasında şiş aşkarlanıb.
Bu səbəblə də onu əməliyyat ediblər. Əməliyyat təxminən 6 saat davam edib.
Merve Altınkayadakı şişin xərçəng olub-olmadığı hələ müəyyən edilməyib.
Xatırladaq ki, aktrisa sonuncu dəfə reytinqli layihələrdən olan "Aldatmak" serialında çəkilib. Daha sonra o, ekran işində qatarın altına düşüb ölür, bununla da layihədən ayrılır.