Reabilitasiya mərkəzində faciə! - Gənc oğlan öldü

 Reabilitasiya mərkəzində faciə! - Gənc oğlan öldü

Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən reabilitasiya mərkəzində müalicə alan gənc ölüb.

Asayis.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, yanvarın 31-nə keçən gecə X.Məmmədov küçəsi 44 ünvanında yerləşən “Uğur yolu” – narkotik asılılığı olan şəxslərin reablitasiya mərkəzində müalicə alan 27 yaşlı R.F. özünü həyətdəki hovuza atıb. O, hovuzdan çıxarıldıqdan bir qədər sonra halı qəfil pisləşib. Xəstəxanaya aparılan şəxs orada vəfat edib.

Onun özünü hansı şəraitdə və nə məqsədlə hovuza atması hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

 

15:49 - 2 Fevral 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin