Gəncədə yanacaqdaşıyan avtomobildə yanğın olub

 Gəncədə yanacaqdaşıyan avtomobildə yanğın olub

Gəncədə yanacaqdaşıyan avtomobildə yanğın olub.

Bu barədə Asayis.Az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə şəhərin Sevinc qəsəbəsində yanacaqdaşıyan avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub. Yaxınlıqdakı ərazilər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

17:59 - 1 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin