Azərbaycandan tranzit keçən nəqliyyat vasitələri yol vergisi ödəyəcək - SİYAHI

 Azərbaycandan tranzit keçən nəqliyyat vasitələri yol vergisi ödəyəcək - SİYAHI

Azərbaycan Respublikasının ərazisindən tranzit keçən xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələrinin sahibləri və ya həmin nəqliyyat vasitəsini idarə edən şəxslər yol vergisi ödəyici, həmin şəxslərə məxsus nəqliyyat vasitələri isə yol vergisinin obyekti hesab olunacaq.

Asayis.Az apa-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Beləliklə, həmin nəqliyyat vasitələri üçün yol vergisi aşağıdakı kimi olacaq:

Bununla yanaşı, təhlükəli yüklərin daşınmasına görə yol vergisinə tətbiq olunan artımlar, o cümlədən nəqliyyat vasitələrinin yüklə birlikdə ümumi çəkisi 38 tondan 41 tonadək olduqda Azərbaycan Respublikasının ərazisində qət edilən yolun hər kilometri üçün verginin 0,15 ABŞ dolları artırılmasına dair müddəa da ləğv olunur.

Qeyd edilib ki, Azərbaycan Respublikasının ərazisinə daxil olan və Azərbaycan Respublikasının ərazisini tərk edən zaman yol vergisinə cəlb olunmalı olan xarici dövlətlərin avtonəqliyyat vasitələrinə tətbiq olunan yol vergisinin dərəcələri çoxpilləli olduğundan yol vergisinin hesablanması, bəyan olunan malların tərkibindəki təhlükəli yüklərin müəyyən edilməsi və onun dərəcələrinin təyin edilməsi xeyli vaxt itkisinə səbəb olur ki, bu da dövlət sərhəd buraxılış məntəqəsinin ərazisindən keçmə vaxtına mənfi təsirini göstərir.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

17:34 - 1 Fevral 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin