Beynəlxalq avtomobil daşımalarına dair icazə blankları və rüsumlar ləğv olunur

 Beynəlxalq avtomobil daşımalarına dair icazə blankları və rüsumlar ləğv olunur

Gömrük orqanlarının beynəlxalq avtomobil daşımalarını yerinə yetirən nəqliyyat vasitələrinə sərhəddə icazə blanklarının verilməsi sahəsində vəzifəsi ləğv olunur. Asayis.Az apa-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Gömrük Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Buna uyğun olaraq beynəlxalq avtomobil daşımalarını yerinə yetirən nəqliyyat vasitələrinə sərhəddə icazə blanklarının verilməsinə görə “Dövlət rüsumu haqqında” qanunla müəyyən edilmiş dövlət rüsumu da ləğv olunub.

17:23 - 1 Fevral 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin