Vilayət Eyvazovdan Səhlab Bağırovun yerinə təyinat

 Vilayət Eyvazovdan Səhlab Bağırovun yerinə təyinat

Əlahiddə Çevik Polis Alayına yeni komandir təyin edilib.

Asayis.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə polis polkovniki Ramil Piriyev təyin edilib.

Məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev təsdiq edib.

Qeyd edək ki, Əlahiddə Çevik Polis Alayının sabiq komandiri polis general-mayoru Səhlab Bağırov bir neçə gün əvvəl vəzifəsindən azad edilib. O, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin nəzdində yerləşən mərkəzə rəhbər təyin olunub.

16:59 - 1 Fevral 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin