"Hər ay verilməli olan 500 AZN pulu dayandırıblar" - Paytaxt sakinlərindən NARAZILIQ

Paytaxtın Nəsimi rayonu, Mirəli Qaşqay 5 ünvanında yaşayan sakinlər tikinti şirkətindən narazıdırlar. 

Asayis.Az xəbər verir ki, bu barədə BAKU.WS-in "qaynar xətti"nə daxil olan şikayətə görə, 5 il öncə evləri pilot layihə olaraq "Yeni Ailə" MTK tərəfindən sökülüb. Onlara kirayə haqqı olaraq aylıq 500 manat ödəniş vəd edilsə də, son 8 aydır şirkətdən kirayə pulunu ala bilmirlər:

"5 il əvvəl İcra Hakimiyyətinin nümayəndələri və "Yeni Ailə" MTK-nın əməkdaşları bizimlə müqavilə imzaladılar. Müqavilə 2 illik olsa da, artıq 5 ildən çoxdur tikinti davam edir. Nə evimizi hazır edib verirlər, nə də ki son 8 aydır kirayə pulumuzu. Məsələ ilə bağlı həmin MTK-ya müraciət edəndə də deyirlər ki, ödəniş bizlik deyil. Bu işə Rasim adlı şəxs baxır. O da zənglərimizə cavab vermir. Bir sözlə biz qalmışıq çarəsiz".

Biz də BAKU.WS olaraq qarşı tərəfi dinləmək üçün "Yeni Ailə" MTK ilə əlaqə saxlamağa çalışsaq da təəssüf ki, səylərimiz nəticəsiz qaldı. Şirkətin saytlara yerləşdirdiyi heç bir əlaqə nömrəsi aktiv deyil.

14:49 - 1 Fevral 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin