Olimpiya Oyunlarının ən yaşlı iştirakçısı vəfat edib

 Olimpiya Oyunlarının ən yaşlı iştirakçısı vəfat edib

1948-ci ildə Londonda keçirilən Yay Olimpiya Oyunlarının iştirakçısı uruqvaylı Feliks Sienra vəfat edib.

Asayis.Az xəbər verir ki, bu barədə "Welt" nəşrinin məlumatında bildirilib.

Qeyd olunur ki, o, 107 yaşında dünyasını dəyişib.

Sienra yelkən idmanında yarışıb. O, 1948-ci il Olimpiadasında altıncı olub.

Sienranın ölümündən sonra almaniyalı atlet Villi Büzinq Olimpiadanın yaşayan ən yaşlı idmançısına çevrilib. Hazırda onun 101 yaşı var.

14:19 - 1 Fevral 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin