Binəqədidə iti döyən şəxs cərimələnib

 Binəqədidə iti döyən şəxs cərimələnib

Binəqədi rayonunda hər gün iti vəhşicəsinə döyən qadın cərimə edilib.

Asayis.Az-ın məlumatına görə, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən oxu.az-a bildirilib ki, sosial şəbəkələrdə Binəqədi rayonunun Biləcəri qəsəbəsində itin qeyri-insani rəftara məruz qalaraq döyülmə videosu yayılıb:

“Həmin görüntülərdəki şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib və Polis Bölməsinə dəvət olunub. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 274-cü (heyvanlarla rəhmsiz rəftar edilməsi) maddəsi üzrə protokol tərtib edilib və həmin şəxs 500 manat məbləğində cərimələnib”.

13:10 - 1 Fevral 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin