Bakının bu ünvanında bina sökülür - Sakinlərə kirayə haqqı və ev veriləcək - FOTO

 Bakının bu ünvanında bina sökülür - Sakinlərə kirayə haqqı və ev veriləcək - FOTO

Bakının Nizami rayonunda ikimərtəbəli yaşayış binasının sökülməsinə başlanılıb.

Asayis.Az trend-ə istinadən xəbər verir ki, bina Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov və Özbəkistan küçələrinin kəsişməsində yerləşir.

Həmin binadan artıq sakinlər tam köçürülüb.

Sakinlərin bildirdiyinə görə, bina yaşayış üçün tam yararsız olduğundan söküləcək və yerinə müasir standartlara cavab verən yeni bina tikiləcək.

Həmçinin proses davam edənədək köçürülən ailələrin kirayə haqqı qarşılanacaq.

Qeyd edək ki, Bakının Nizami rayonunda bir neçə yaşayış binasının sökülməsinə başlanılıb.

16:29 - 31 Yanvar 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin