Bakıda kişi hər gün iti amansızlıqla döyür - VİDEO

 Bakıda kişi hər gün iti amansızlıqla döyür - VİDEO

Binəqədi rayonunda kişi hər gün iti vəhşicəsinə döyür.

Asayis.Az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə GWARP Beynəlxalq Heyvanların Mühafizəsi Təşkilatının Prezidenti və Azərbaycan Heyvanların Müdafiəsi İctimai Birliyinin sədr müavini Fərid Mansurov paylaşım edib.

O bildirib ki, rayonun Biləcəri qəsəbəsi, Məlik Aslanov, döngə 3 ünvanında yaşayan şəxs gün ərzində dəfələrlə iti vəhşicəsinə döyür:

“Bu məlumatı bizə həmin şəxsin qonşuları təqdim ediblər. Qonşular qeyd edirlər ki, iti xüsusi amansızlıqla döyür, hətta bəzən iti başıaşağı asaraq taxta ilə başına-başına vurur. Videogörüntülərdən də bəllidir ki, iti döyən şəxs törətdiyi əməldən zövq alır”.

“Azərbaycan Heyvanlarının Mühafizəsi İctimai Birliyi olaraq tələb edirik ki, məsələyə hüquq-mühafizə orqanları tərəfindən hüquqi qiymət verilsin”, - deyə F.Mansurov əlavə edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sosial şəbəkələrdə yayılan videodan məlumatlıdırlar:

“Artıq araşdırmalara başlanılıb. Nəticəsi barədə əlavə məlumat veriləcək”.

Qeyd edək ki, heyvanlarla rəhmsiz rəftar edilməsi məsuliyyət yaradır. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 274-cü (heyvanlarla rəhmsiz rəftar) maddəsinə əsasən, protokol tərtib olunur.

https://baku.tv/dunyaa/vetendas-iti-vehsicesine-doyur

15:55 - 31 Yanvar 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin