Narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanıldı - VİDEO

 Narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanıldı - VİDEO

Qusarda narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Asayis.Az-a verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı VAZ-2106 markalı nəqliyyat vasitəsinin sürücüsü Zamir Vəlimətov yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna görə Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən nəzarət-yoxlama qaydasında saxlanılıb.

Polis əməkdaşları tərəfindən sürücünün narkotik vasitənin təsiri altında olmasına dair əsaslı şübhələr olduğundan o, tibbi müayinədən keçirilib.

Müayinənin nəticəsinə əsasən, həmin şəxsin narkotik vasitənin təsiri altında olması sübuta yetirilib. Z.Vəlimətovun barəsində qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbir görülüb.

https://baku.tv/dunyaa/narkotikin-tesiri-altinda-avtomobil-idare-eden-surucu-saxlanilib

 

 

15:44 - 31 Yanvar 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin