Bakıda partlayışda xəsarət alan əcnəbi tələbələrin vəziyyəti AÇIQLANDI

 Bakıda partlayışda xəsarət alan əcnəbi tələbələrin vəziyyəti AÇIQLANDI

Sabunçu qəsəbəsində yerləşən evdə baş verən partlayış nəticəsində xəsarət alan Pakistan (iki) və Hindistan vətəndaşları (iki) Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə qəbul olunublar.

Asayis.Az xəbər verir ki, TƏBİB-dən "Baku.Ws"in sorğusuna cavab olaraq bildirilib ki, hadisə zamanı bədən xəsarəti alan 4 nəfərin vəziyyəti orta ağırdır.

Qeyd olunub ki, yaralılar üz, boyun, əl və ayaqlarında ikinci və üçüncü dərəcəli termiki yanıq diaqnozu ilə Mərkəzin Reanimasiya şöbəsində müalicə alırlar.

Xatırladaq ki, xəsarət alanların Odlar Yurdu Universitetinin tələbələri olduğu bildirilir.

14:36 - 31 Yanvar 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin