Azərbaycanda iki uşaq anası intihar edib

 Azərbaycanda iki uşaq anası intihar edib

Cəlilabadda iki uşaq anası intihar edib. Asayis.Az "report"a istinadən xəbər verir ki, hadisə rayonun Təzəkənd kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1994-cü il təvəllüdlü S.Niftiyeva öz ata evində tövlədə özünü asıb.

Məlumata görə, qadın bir müddət əvvəl həyat yoldaşı ilə mübahisə edərək, atası evinə gəlibmiş. Onun iki övladı var.

Faktla bağlı araşdırma aparılır.

10:00 - 31 Yanvar 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin