Türkiyədə keçirilən təlimlərdə hərbi texnikalarımız nümayiş olunub - FOTO

 Türkiyədə keçirilən təlimlərdə hərbi texnikalarımız nümayiş olunub - FOTO

Azərbaycan Ordusuna məxsus silah və hərbi texnikalar Türkiyənin Qars şəhərində keçirilən “Qış təlimi - 2023” təlimlərində təqdim olunub.

Asayis.Az report-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Təlimlərdə axtarış-xilasetmə, ortaq əməliyyatlarda əməkdaşlıq və koordinasiyanın təmin edilməsi, bölmələrin döyüş qabiliyyətlərinin yoxlanılması, manevr bacarıqları və başqa istiqamətlərdə məşqlər keçirilib.

Təlimlərdə Azərbaycanla yanaşı Kosovo və İtaliya Silahlı Qüvvələrinə məxsus silah və hərbi texnika da nümayiş etdirilib.

17 ölkədən 1758 nəfərin iştirak etdiyi təlimlərdə, həmçinin 651 nəqliyyat və 28 müxtəlif növdə 865 silahdan istifadə olunur. Hazırlıqlar mənfi 17 dərəcə hava şəraitində keçirilir.

16:11 - 30 Yanvar 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin