Məşhur ABŞ-li aktrisa Enni Verşinq 45 yaşında vəfat edib.
Asayis.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə onun prodüseri açıqlama verib.
Məlumata görə, 2020-ci ildə xərçəng diaqnozu qoyulan aktrisa bir müddət idi ki, xəstəliklə mübarizə aparırdı.
Verşinq "24 saat" serialı ilə şöhrət qazanmışdı.
Qeyd edək ki, aktrisa "Debütant" ("The Rookie") və "Ulduz yolu: Pikar" ("Star Trek: Picard") seriallarında məşhur rollar canlandırıb.