Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşlarının təxliyəsi başa çatıb.
Asayis.Az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
"29 yanvar 2023-cü il tarixində Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşlarının, onların ailə üzvlərinin, səfirliyimizə qarşı törədilmiş terror aktı nəticəsində yaralanmış həmkarlarımızın təxliyəsi başa çatıb. Allah şəhidimiz Orxan Əsgərova rəhmət eləsin!", - XİN-in tvitterdəki paylaşımında bildirilir.
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycanın İrandakı Səfirliyinə terror hücumu olub. “Kalaşnikov” markalı avtomatla silahlanan şəxs mühafizə postunu yararaq mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib.
Terrorçu səfirliyin əməkdaşları tərəfindən saxlanılıb.