Bakıda "Prius" idarəetməni itirərək betona, sonra işıq dirəyinə çırpılıb - FOTO

 Bakıda

Bakının Nəsimi rayonunda yol qəzası baş verib.

Asayis.az apa-ya istinadən xəbər verir ki, Şamaxinka kimi tanınan ərazidə “Toyota” markalı avtomobilin sürücüsü Ramin Məmmədov qəfil sükana nəzarəti itirib.

Nəticədə “Toyota” körpünün beton yolayrıcına, daha sonra işıq dirəyinə dəyərək aşıb.

Qəza nəticəsində yol təsərrüfatına ziyan dəyib.

Əraziyə polislər cəlb edilib.

Sürücü R.Məmmədov izahat verib.

Faktla bağlı avtotexniki ekspertiza təyin edilib.

11:01 - 30 Yanvar 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin