Azərbaycanda ər arvadını döyərək ayağını sındırıb

 Azərbaycanda ər arvadını döyərək ayağını sındırıb

Abşeron rayonunda ağır xəsarətlə nəticələnən döyülmə hadisəsi baş verib.

Asayis.Az "Report"a istinadən xəbər verir ki, Digah qəsəbəsində ailə münaqişəsi zəminində əri tərəfindən döyülən 1988-ci il təvəllüdlü Hacıyeva Vəfa Seyfulla qızı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona sağ ayağının sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

13:40 - 29 Yanvar 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin