Zaqatalada 8 yaşlı uşağı it dişlədi

 Zaqatalada 8 yaşlı uşağı it dişlədi

Zaqatalaya qonaq gələn 8 yaşlı uşağı it dişləyib.

Asayis.Az lent.az-a istinadən xəbər verir ki, axşam saatlarında Hacıqabul rayon sakini, 2015-ci il təvəllüdlü Elnur Elmar oğlu Axundzadə it dişləməsi xəsarəti ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

Müayinə zamanı itin Zaqatala şəhərinə qonaq gələn 8 yaşlı E. Axundzadəyə hucum edərək onun sağ ayağına xəsarət yetirdiyi məlum olub.

Pasientə lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd edildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

11:14 - 29 Yanvar 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin