Azərbaycanda idarənin anbarından oğurluq olub

 Azərbaycanda idarənin anbarından oğurluq olub

Sumqayıt şəhərinin İnşaatçılar qəsəbəsində yerləşən idarələrdən birinin anbarından 2158 manat dəyərində elektrik naqilinin qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

ABC.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Sumqayıt ŞPİ 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən şəhər sakinləri Rəşad Adıgözəlov və əvvəllər məhkum olunmuş Zaur Zeynalov müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

15:49 - 28 Yanvar 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin