Bakıda 18 yaşlı hamilə qadın intihara cəhd etdi - Körpəsi öldü

 Bakıda 18 yaşlı hamilə qadın intihara cəhd etdi - Körpəsi öldü

Bakıda 18 yaşlı hamilə qadın intihara cəhd edib, körpəsi tələf olub.

Asayis.Az qafqazinfo-ya istinadən bildirir ki, hadisə Binəqədidə, Xocasən qəsəbəsində baş verib.

Belə ki, 2004-cü il təvəllüdlü Fidan Quliyeva (şərti ad-soyad) yaşadığı evdə dərman içərək özünü öldürmək istəyib. Ailə üzvləri dərhal onu xəstəxanaya çatdırıblar və qadının həyatını xilas etmək mümkün olub.

Əldə etdiyimiz məlumata görə, intihara cəhd edərkən F.Quliyeva 7 aylıq hamilə imiş. Xəstəxanada məlum olub ki, içdiyi dərmanların təsirindən uşaq ana bətnində tələf olub.

Hazrda faktla bağlıa raşdırma aparılır.

14:34 - 28 Yanvar 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin