Orxan Əsgərov sabah II Fəxri xiyabanda dəfn ediləcək

 Orxan Əsgərov sabah II Fəxri xiyabanda dəfn ediləcək

Ötən gün İranın paytaxtı Tehran şəhərində Azərbaycan Respublikasının Səfirliyinə silahlı hücum nəticəsində şəhid olan baş leytenant Orxan Əsgərovun yas mərasimi keçirilir.

Asayis.Az apa-ya istinadən xəbər verir ki, yas mərasimi Yeni Yasamal qəsəbəsində mərhumun evində təşkil olunub.

Orxan Əsgərovun atası Rizvan Əsgərov bildirib ki, oğlunun nəşinin bu gün axşam saatlarında İrandan Azərbaycana gətirilməsi gözlənilir.

O, qeyd edib ki, dəfn mərasimi sabah keçiriləcək və mərhum Orxan Əsgərov II Fəxri xiyabanda torpağa tapşırılacaq.

Qeyd edək ki, terror aktı nəticəsində iki nəfər yaralanıb. Yaralılar əməliyyat olunub, vəziyyətləri yaxşıdır.

13:45 - 28 Yanvar 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin