Çavuşoğlu Ceyhun Bayramova zəng edib, İrandakı səfirliyə hücumu pisləyib

 Çavuşoğlu Ceyhun Bayramova zəng edib, İrandakı səfirliyə hücumu pisləyib

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramova zəng edib.

Asayis.Az "Haber Global"a istinadən xəbər verir ki, Çavuşoğlu Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu pisləyərək ölkəmizə baş sağlığı verib. 

Xatırladaq ki, bu gün səhər saat 08:30 radələrində Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum edilib.

Bu barədə “Caliber” “Telegram” kanalı xəbər verib.

Hücum dəf edilərkən Azərbaycan hüquq-mühafizə orqanlarının səfirliyin mühafizəsinə cavabdeh olan əməkdaşı, mühafizə xidmətinin rəhbəri Orxan Əsgərov qəhrəmancasına həlak olub, daha bir nəfər isə yaralanıb.

12:10 - 27 Yanvar 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin