"Bayraktar Teknoloji Azərbaycan"da iş var - Onlarla vakansiya... - FOTO

Ölkəmizdə fəaliyyət göstərən "Bayraktar Teknoloji Azərbaycan" şirkəti onlarla yeni iş yeri üzrə müxtəlif vakansiyalar elan edib. 

Asayis.Az xəbər verir ki, hazırda şirkətə elektron sistem dizaynı, informasiya texnologiyalarına texniki dəstək, insan resursları, inzibati işlər üzrə satın alma, lojistika anbar və mühasibat uçotu kimi fəaliyyətlər üzrə mütəxəssislər tələb olunur.

Qeyd edək ki, şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, qanuni təmsilçisi isə Türkiyənin “Baykar Makina” şirkətinin sahə koordinatoru Hüseyn Topuzdur.

Xatırladaq ki, “Baykar Makina” "Bayraktar" pilotsuz uçuş aparatlarının (PUA) istehsalı ilə məşğuldur. Azərbaycan ordusunun 2020-ci ildəki Vətən Müharibəsində geniş tətbiq etdiyi bu PUA-ların yaradıcısı Selçuk Bayraktardır. O, həm də “Baykar Savunma” şirkətinin texniki direktorudur.

11:39 - 27 Yanvar 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin