Bakıda şaxta olacaq

 Bakıda şaxta olacaq

Bakıda və Abşeron yarımadasında yanvarın 27-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Asayis.Az-a verilən məlumata görə, gün ərzində bəzi yerlərdə çiskin ehtimalı var.

Gecə və səhər arabir duman olacaq, Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 1° şaxtadan 2°-dək isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütubət 65-75% olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi şərq rayonlarında az çiskinli yağış yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-11° isti, dağlarda gecə 9-14° şaxta, gündüz 0-5° şaxta olacaq. Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq.

13:37 - 26 Yanvar 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin