Tale Heydərovun işçisini Azərbaycandan çıxarırlar?

 Tale Heydərovun işçisini Azərbaycandan çıxarırlar?

Dövlət Miqrasiya Xidməti Böyük Britaniya vətəndaşı olan Rebakka Koatesə Azərbaycanda işləmək üçün verilən icazəni ləğv edib.

Asayis.Az yeniavaz.com-a istinadən xəbər verir ki, Rebakka Koates Bakıda Avropa Azərbaycan Məktəbində işləyib.

İbtidai sinif müəllimi olan Rebakka Koatesin bu ilin avqust ayında Azərbaycana gəldiyi bildirilir. Daha əvvəl Çində və Özbəkistanda işləyən Rebakka Koatesin iş icazəsinin hansı səbəbdən ləğv olunduğu barədə məlumat verilmir.

Qeyd edək ki, Avropa Azərbaycan Məktəbinin sahibi fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərovdur. Bu məktəbdə illik təhsil haqqının 10 min manatdan yüksək olduğu bildirilir.

17:28 - 20 Yanvar 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin