30 yaşını “KFC”də qeyd edən qız FACİƏVİ ŞƏKİLDƏ ÖLDÜ - FOTO

 30 yaşını “KFC”də qeyd edən qız FACİƏVİ ŞƏKİLDƏ ÖLDÜ - FOTO

Maltada Türkiyə vətəndaşı Pelin Kaya öldürülüb. 

Asayis.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə ötən gün Qriza şəhərində baş verib. Pelin dostları ilə birlikdə "KFC" restoranında 30 yaşını qeyd edib.

Həmin vaxt Ceremye Kamiller adlı Malta vətəndaşının idarə etdiyi "BMW" markalı maşın restorana çırpılıb. Bu zaman Kaya əzilərək hadisə yerində vəfat edib.

Polis əməkdaşları 33 yaşlı fransız əsilli Ceremyeni həbs ediblər. Onun əvvəllər oğurluğa görə məhkumluq həyatı yaşadığı məlum olub. Ceremyenin hadisəni qəsdən törətdiyi də iddia olunur.

Türk mətbuatında yer alan məlumatlara görə Pelin ölkədə tanınmış 3 memardan biri olub. 

15:22 - 20 Yanvar 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin