Azərbaycanda məşhur general-leytenant pensiyaya göndərildi: Özündən AÇIQLAMA

 Azərbaycanda məşhur general-leytenant pensiyaya göndərildi: Özündən AÇIQLAMA

FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin sərəncama götürülən rəisi, general-leytenant Şahmar Paşayev pensiyaya göndərilib.

Asayis.Az xəbər verir ki, bu barədə manset.az-a açıqlamasında generalın özü məlumat verib.

"Mən hazırda pensiyadayam, Kəmaləddin Heydərov məni pensiyaya göndərib. Fövqəladə Hallar Nazirliyindən uzaqlaşmışam. 7 ildir işləyirdim, indi istirahət edirəm. İstirahət edəcəm, sonra baxım görüm nə edirəm".

Qeyd edək ki, Şahmar Paşayev ölkədə nüfuzlu generallardandır. O uzun illər polis orqanlarında çalışıb. Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, Şamaxı, Yasamal, Şirvan və Salyan rayonlarının polis rəisi vəzifələrində işləyib.

11:40 - 20 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin