Azərbaycan XİN rəhbəri: Ermənistanla danışıqlara hazırıq

 Azərbaycan XİN rəhbəri: Ermənistanla danışıqlara hazırıq

"Təxirə salınan Azərbaycan, Ermənistan və Rusiya XİN başçılarının üçtərəfli görüşünün ən tez zamanda reallaşmasına biz hazırıq. İndi hər şey qarşı tərəfdən asılıdır".

Asayis.Az report-a istinadən xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Nazirin sözlərinə görə, görüşdən imtina məsuliyyətsiz addımların bariz nümunəsidir:

"Son günlər Ermənistan tərəfindən manipulyasiya siyasətini görürük. Onları yanlış mövqedən çəkinməyə çağırırıq.

Sülh gündəliyinin irəli aparılması hər zaman Azərbaycanın təşəbbüsü olub. Bundan sonrakı bütün prinsiplər də Azərbaycan tərəfindən qarşı tərəfə təqdim edilmişdi", - nazir əlavə edib.

11:09 - 20 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin