Gürcüstanda atışma: Ölənlər var - FOTO

 Gürcüstanda atışma: Ölənlər var - FOTO

Gürcüstanın Saqareco şəhərində binaların birində atışma baş verib.

BAKU.WS Gürcüstan mətbuatına istinadən xəbər verir ki, 49 yaşlı kişi yaşayış binasının eyvanına çıxaraq ətrafdakılara atəş açıb.

Hadisə zamanı 5 nəfər ölüb, binanın həyətində olan 5 nəfər isə yaralanıb. Hadisə yerinə gələn polislərə də atəş açıldığından ölən şəxslərdən biri polis əməkdaşıdır.

Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, silahlı şəxs daha sonra intihar edib.

10:40 - 20 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin