Bakının mərkəzi yolunda işıqfor işləmir - Hər an qəza ola bilər

 Bakının mərkəzi yolunda işıqfor işləmir - Hər an qəza ola bilər

Xəbər verdiyimiz kimi, Bakıda mərkəzi yolda işıqforun fəaliyyətində problem yaranmışdı.  

Asayis.Az xəbər verir ki, bu barədə məlumat bir neçə gün öncə BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Bildirilirdi ki, Zahid Xəlilov küçəsi ilə Əbdürrəhim bəy Haqverdiyev küçəsinin kəsişməsindəki işıqfor problemi hələ də öz həllini tapmayıb. Doğrudur ilk olaraq problem həll edilsədə bir qədər sonra eyni hal yaşanmışdı. Belə ki, hazırda işıqforun qırmızı işığı işləmir. 

Nasazlıq səbəbindən işıqforda qırmızı işıq yanmır və birbaşa yaşıl işığa keçir. Problem yolda hərəkət edən avtomobillərin və bu yoldan istifadə edən piyadaların hərəkətində ciddi maneələr yaradır. Sürücülər bu yolda hər an qəza yaşana biləcəyini bildirirlər. 

10:28 - 20 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin